Supercars Club gerbi

Klub haqqında

Supercars Club lüks avtomobil kolleksiyaçılarını, yarış pilotlarını və motorsport həvəskarlarını bir araya gətirir.

Mədəniyyət

Yüksək performanslı avtomobil mədəniyyətini inkişaf etdiririk.

Təhlükəsizlik

Təhlükəsiz və məsuliyyətli sürüş prinsiplərini təbliğ edirik.

Birlik

Ortaq maraqlar ətrafında güclü icma formalaşdırırıq.

Missiyamız

Klubun məqsədi Azərbaycanda supercar mədəniyyətini bir araya gətirmək, kolleksiya avtomobillərinə marağı artırmaq və üzvlər arasında bilik və təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Avtoşoulardan yürüşlərə, trek günlərindən qala axşamlarına qədər tədbirlərimiz üzvlərimizi və qonaqlarımızı il boyu bir araya gətirir.

Ferrari SF90 XX Spider

Fəaliyyət istiqamətlərimiz

01
Avtoşoular və sərgilər
Kolleksiya avtomobillərinin nümayişi, sərgilərin və təqdimatların təşkili.
02
Yürüşlər və ekspedisiyalar
Ölkə daxilində və xaricində yürüşlərin, ekspedisiyaların və birgə səfərlərin təşkili.
03
Motorsporta dəstək
Formula 1, GT, Ralli, Kartinq, Drag və Drift istiqamətlərində yarışlara tərəfdaş dəstəyi.
04
Gənclərə dəstək
Gənclərin avtomobil idmanına həvəsini artıran tədbirlərin keçirilməsi.
05
Beynəlxalq təmsilçilik
Ölkə xaricində keçirilən yarış və yürüşlərdə Azərbaycanı təmsil etmək.
06
Təhlükəsiz sürüş
Məsuliyyətli sürücülük mədəniyyətinin və yol hərəkəti təhlükəsizliyinin təbliği.
Ferrari Baku şourumu

Nazar Holdings ailəsi

Supercars Club Azərbaycanda Ferrari, Lamborghini, Aston Martin və Bugatti brendlərini rəsmi təmsil edən Nazar Holdings-in təşəbbüsü ilə yaradılıb. Klub Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında fəaliyyət göstərir.

NAZARHOLDINGS.COM →